Yuxarı
    Bağlamaq

    ​ABŞ hərbçiləri "Taliban"ın tutduğu şəhərin azad edilməsi əməliyyatına qoşulub

    ABŞ Hərbi Hava Qüvvələrinin qırıcıları sentyabrın 28-də Taliban terrorçularının əlinə keçən Kunduz şəhərinin ətrafını bombalayıb

    Bakı. 29 sentyabr. REPORT.AZ/ ABŞ Hərbi Hava Qüvvələrinin qırıcıları sentyabrın 29-da Əfqanıstanın Kunduz şəhərinin ətrafını bombalayıb.

    "Report" "Reuters"ə istinadən xəbər verir ki, bunu NATO-nun başçılıq etdiyi Əfqanıstandakı koalisiya qüvvələrinin təmsilçisi polkovnik Brian Tribus bildirib.

    Xəbərə görə, ABŞ-ın qırıcıları "Taliban" terrorçularının Kunduz şəhəri ətrafındakı mövqelərinə havadan zərbələr endirib. NATO təmsilçisi həmin ərazidəki koalisya qüvvələrinin sayı barədə açıqlama verməyib.

    Qeyd edək ki, Əfqanıstan Hərbi Qüvvələri Kunduzu "taliban"çılardan azad etmək üçün əməliyyata başlayıb.

    Xatırladaq ki, sentyabrın 28-də "Taliban" hərəkatının silahlıları şəhəri ələ keçirib. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi