ABŞ Dövlət Departamentində istefa dalğası davam edir

ABŞ Dövlət Departamentində istefa dalğası davam edir Beynəlxalq Təşkilatlar Bürosunun direktoru vəzifəsini icra edən Enn Yakobsen postundan gedib
Digər ölkələr
28 Avqust , 2017 17:58
ABŞ Dövlət Departamentində istefa dalğası davam edir

Bakı. 28 avqust. REPORT.AZ/ ABŞ Dövlət Departamentinin yüksək vəzifəli nümayəndəsi, ABŞ-ın BMT və digər beynəlxalq təşkilatlardakı siyasətində məsul şəxs olan Enn Yakobson vəzifəsindən istefa verib.

"Report" "Foreign Policy" jurnalına istinadən xəbər verir ki, 52 yaşlı E.Yakobsenin Beynəlxalq Təşkilatlar Bürosunun direktoru vəzifəsinin müvəqqəti icraçısı postundan gedişi ABŞ-da yüksək vəzifəli məmurların istefasının davamıdır.

Elə həmin gün ABŞ dövlət katibinin beynəlxalq narkotraffikinqlə mübarizə və hüquq-mühafizə qüvvələri üzrə köməkçisi Uilyam Rivinqton Braunfild də vəzifəsindən gedib.

Qeyd edək ki, ötən həftə ABŞ dövlət katibinin daha bir köməkçisi, Avropa məsələləri üzrə məsul şəxs, ABŞ-ın Ermənistandakı keçmiş səfiri Con Heffern vəzifəsindən ayrılıb.

Son xəbərlər

Orphus sistemi