ABŞ-də yüngül mühərrikli təyyarə qəzaya uğrayıb, ölən var

Digər ölkələr
  • 03 iyul, 2023
  • 01:13
ABŞ-də yüngül mühərrikli təyyarə qəzaya uğrayıb, ölən var

ABŞ-nin Şimali Myrtl-Biç (Cənubi Karolina) şəhərində yüngül mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində azı bir nəfər ölüb, daha biri yaralanıb.

"Report" xəbər verir ki, bu barədə CNN polisə istinadən məlumat yayıb.

ABŞ Federal Aviasiya Administrasiyasının məlumatına görə, təyyarədə 4 nəfər olub.

Hadisənin səbəbləri müəyyənləşdirilir.

44 - Tezliklə