ABŞ-də baş verən atışmada 1 nəfər ölüb, 4 nəfər yaralanıb
Digər ölkələr
- 24 avqust, 2025
- 15:02
ABŞ-nin Nyu-York şəhərində atışma nəticəsində 1 nəfər ölüb, 4 nəfər yaralanıb.
"Report"un xəbərinə görə, bu barədə polisə istinadən "Fox News" telekanalı məlumat yayıb.
Məlumata görə, 32 yaşlı kişi döş qəfəsindən aldığı güllə yaralarından dünyasını dəyişib, üzündən güllə yarası alan 17 yaşlı qızın vəziyyəti ağır, digər üç zərərçəkənin vəziyyəti sabitdir.
Qeyd olunur ki, insident qruplaşma davası ilə bağlıdır və Bronks parkında basketbol turniri zamanı baş verib. Polis dörd şübhəlini saxlayıb, onların üzərində bir neçə odlu silah olduğu aşkarlanıb.
Son xəbərlər
05:19
CENTCOM rəhbəri Yaxın Şərq ölkələrinə 10 günlük səfərini başa çatdırıb
Digər ölkələr04:40
Fars ölkələrində ABŞ-ın İran siyasətindən narazılıq artır
Digər ölkələr04:18
Kolumbiya Prezidenti Trampdan yüksək gömrük rüsumlarını dayandırmağı xahiş edib
Digər ölkələr03:50
İngiltərədə tuneli bürüyən yanğın qatarların hərəkətini dayandırıb
Digər ölkələr03:22
Mərakeş İspaniya jurnalistlərini Fnidekdən çıxarıb
Digər ölkələr02:54
Foto
Tovuzda avtomobil işıq dirəyinə və ağaca çırpılıb, sürücü ölüb
Hadisə02:39
Makron istirahət fotolarına görə müxalifətin tənqidinə məruz qalıb
Digər ölkələr02:08
Türkiyədə bir gündə üç PUA-nın qalıqları aşkarlanıb
Region01:47