Quterreş nüvə silahı ilə bağlı çağırış səsləndirib
- 27 aprel, 2026
- 20:18
BMT-nin Baş katibi Antonio Quterreş dünya ölkələrini nüvə tərksilahı istiqamətində səyləri sürətləndirməyə çağırıb.
"Report" xəbər verir ki, bu barədə o Nüvə Silahının Yayılmaması haqqında Müqavilənin icrasının nəzərdən keçirilməsi üzrə 11-ci konfransın açılışında bildirib.
"Hələ çox gec deyilkən: gəlin nüvə silahı ətrafındakı kollektiv "amneziya"nın (yaddaş itkisi) öhdəsindən gələk. Birlikdə olduğumuz zaman nələrə nail ola biləcəyimizə inamımızı yeniləyək. Gəlin bəşəriyyətin üzərində qalmış bu buludu dağıtmaq üçün təcili hərəkətə keçək", - Quterreş deyib.
Qeyd edək ki, Nüvə Silahının Yayılmaması haqqında Müqavilə üzrə konfrans BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında keçirilir. Beş ildə bir dəfə keçirilən bu tədbir sözügedən sazişin üç əsas istiqaməti: yayılmama, nüvə tərk-silahı və atom enerjisindən dinc məqsədlərlə istifadə üzrə necə yerinə yetirildiyini qiymətləndirmək üçün müqavilənin iştirakçısı olan demək olar ki, bütün ölkələri (191 dövləti) bir araya gətirir.