Yuxarı

ABŞ-da yolsuzluq avtomobili 60 milyon dollarlıq qırıcının quyruğunu qoparıb

Jeep Cherokee markalı maşın polisdən qaçmağa çalışarkən ABŞ hərbi donanmasına daxil olub

Bakı. 2 aprel. REPORT.AZ/ Kaliforniyada polisin avtomobil təqibi 60 milyon dollarlıq ziyanla nəticələnib.

"Report" CNN-ə istinadən xəbər verir ki, "Jeep Cherokee" markalı yolsuzluq avtomobili polisdən qaçmağa çalışarkən ABŞ-ın Limur hərbi donanmasına daxil olub. Donanma ərazisində 10 km məsafə qət etdikdən sonra avtomobil "F/A-18 Super Hornet" qırıcı təyyarəsinin quyruq hissəsinə çırpılıb. Qəza nəticəsində avtomobildə olan sürücü və daha bir nəfər ölüb.

Baza nümayəndəsinin sözlərinə görə, qanun pozucusu silahlı qüvvələrin tərkibində yer almayıb. O, jurnalistlərə açıqlamasında həmçinin insidentin bazaya məqsədyönlü hücum deyil, faciəli hadisə kimi dəyərləndirildiyini bildirib.

Amma istintaq avtomobilin bazanın NBM-də dayanan silahlı əsgərlərin yanından necə keçdiyini anlaya bilmir. Qeyd edək ki, hərbi donanmada milyardlarla dollar məbləğində olan hərbi avadanlıqlar saxlanılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi