Yuxarı

ABŞ-da təyyarə yük yerində fəhlənin unudularaq qalması səbəbindən təcili eniş edib

Los-Ancelesə gedən reys baqaj bölməsindən qəribə səslərin gəlməsindən sonra Siettlə qayıdıb

Bakı. 14 aprel. REPORT.AZ/ Alaska Airlines şirkətinə məxsus təyyarə baqaj bölməsinə yükvuran fəhlənin unudularaq qalması səbəbindən təcili eniş edib. "Report" "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə aviaşirkətin saytındakı məlumatda deyilir. 

Los-Ancelesə gedən reys baqaj bölməsindən qəribə səslərin gəlməsindən sonra Siettlə qayıdıb. Pilot qəza enişi haqqında qərar qəbul edib. Fəhlə təyyarənin texniki vəziyyətini yoxlayıb və baqaj bölməsində yuxuya gedib. 

O, xəsarət almayıb. İnsidentlə bağlı təhqiqat aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi