Yuxarı

ABŞ-da təyyarə qəzasında dörd nəfər ölüb

Təyyarə Vayominq ştatında yerləşən Alpayn şəhərindəki hava limanından qalxdıqdan bir neçə dəqiqə sonra qəzaya uğrayıb

Bakı. 14 Mart. REPORT.AZ/ ABŞ-ın Aydaho ştatının şərqində yerləşən Bonnevill dairəsində yüngül motorlu təyyarə qəzaya uğrayıb.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, qəza nəticəsində ikisi kişi, ikisi qadın olmaqla dörd nəfər həyatını itirib.

Təyyarə Vayominq ştatında yerləşən Alpayn şəhərindəki hava limanından qalxdıqdan bir neçə dəqiqə sonra qəzaya uğrayıb.

Qəzanın səbəbi hələlik müəyyən edilməyib. Yerli polis artıq istintaqa başlayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi