ABŞ-ın Nyu-York ştatının Buffalo şəhərində supermarketdə baş verən atışma nəticəsində 8 nəfər həlak olub.
Bu barədə "Report" NBC telekanalına istinadən xəbər verir.
Yaralılardan birinin vəziyyəti ağırdır.
Telekanalın məlumatına görə, hərbi formalı şəxs supermarketə daxil olaraq ətrafdakılara tüfəngdən atəş açıb.
"ABC News" isə polisdəki mənbəyə əsasən hadisə zamanı 10 nəfərin həlak olduğunu xəbər verib. Məlumata görə, insident zamanı daha 13 nəfər yaralanıb. Telekanal qeyd edib ki, cinayətkar yaxalanıb.
ABŞ-ın Nyu-York ştatının Buffalo şəhərində supermarketdə atışma olub.
"Report" xəbər verir ki, bu barədə
İlkin məlumata görə, azı 9 nəfər başından güllə yarası alıb. İki yaralının mağazanın qarşısında öldüyü, digərlərinin bölgə xəstəxanasına aparıldığı bildirilir.
Atəş açan şəxsin yaralandığı güman edilir. Onun saxlanılıb-saxlanılmaması ilə bağlı hələlik heç bir məlumat yoxdur.
