ABŞ-da son sutkada koronavirusa 58 mindən çox yoluxma aşkarlanıb

ABŞ-da son sutkada koronavirusa 58 mindən çox yoluxma aşkarlanıb ABŞ-da son sutka ərzində koronavirusdan 1,1 min nəfərdən çox insan ölüb.
Digər ölkələr
1464
2 Avqust , 2020 14:55
ABŞ-da son sutkada koronavirusa 58 mindən çox yoluxma aşkarlanıb

ABŞ-da son sutka ərzində koronavirusdan 1,1 min nəfərdən çox insan ölüb.

“Report” xəbər verir ki, bu barədə federal və yerli hakimiyyət orqanlarının statistikası əsasında hesablamalar aparan Con Hopkins Universiteti məlumat yayıb.

Universitetin məlumatına görə, ötən gün ərzində Birləşmiş Ştatlarda koronavirusa 58 mindən çox yoluxma aşkarlanıb.

Qeyd edilir ki, ABŞ-da COVID-19-a yeni yoluxma qeydə alınıb. Eyni zamanda daha 1 133 nəfər pandemiyanın qurbanı olub.

Pandemiya ərzində Birləşmiş Ştatlarda təhlükəli virusa ümumilikdə 4 620 502 yoluxma təsdiqlənib. Ölkədə 154 mindən çox pasiyent COVID-19-dan ölüb. Eyni zamanda 1,4 milyondan çox pasiyent sağalıb.