ABŞ-da qayıq aşıb, ölənlər və itkin düşənlər var

Digər ölkələr
  • 28 may, 2021
  • 00:24
ABŞ-da qayıq aşıb, ölənlər və itkin düşənlər var

ABŞ-da qayığın aşması nəticəsində azı 2 nəfər həlak olub, daha 10 nəfər itkin düşüb.

"Report" xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.

Qeyd edilir ki, hadisə Florida-Kis arxipelağında (Florida ştatı) baş verib. Qayığın heyət üzvlərinin 8-ini xilas etmək mümkün olub, lakin 2 nəfərin öldüyü aşkarlanıb.

Qayığın tipi barədə məlumat verilmir. İtkin düşənlərin axtarışları davam etdirilir.