ABŞ-da qasırğa nəticəsində ölənlərin sayı 37 nəfərə çatıb

ABŞ-da qasırğa nəticəsində ölənlərin sayı 37 nəfərə çatıb Bakı. 19 sentyabr. REPORT.AZ/ ABŞ-ın Şimali və Cənubi Karolina ştatlarında baş vermiş Florens qasırğası nəticəsində ölənlərin sayı 37 nəfərə çatıb.
Digər ölkələr
19 Sentyabr , 2018 21:54
ABŞ-da qasırğa nəticəsində ölənlərin sayı 37 nəfərə çatıb

Bakı. 19 sentyabr. REPORT.AZ/ ABŞ-ın Şimali və Cənubi Karolina ştatlarında baş vermiş "Florens" qasırğası nəticəsində ölənlərin sayı 37 nəfərə çatıb.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə "USA Today" nəşri yazıb.

Bundan əvvəl təbii fəlakət nəticəsində ikisi körpə olmaqla 32 nəfərin həyatını itirdiyi məlum idi.

"Florens" qasırğası Atlantik okeanının ABŞ sahillərinə cümə günü çatıb və dərhal zəifləməyə başlayıb. Hazırda onun statusu fırtına dərəcəsinədək düşüb.

Son xəbərlər

Orphus sistemi