ABŞ-ın paytaxtında polis əməkdaşı saxlanılma zamanı afroamerikalıya atəş açıb, o, daha sonra xəstəxanada ölüb.
“Report” xəbər verir ki, bu barədə paytaxt telekanalı
Vaşinqton polisinin rəhbəri Piter Nyusem hadisə yerində təşkil edilmiş mətbuat konfransında bildirib ki, asayiş keşikçiləri küçədəki avtomobillərdən birində silahlı şəxslərin olması barədə məlumat aldıqdan sonra əraziyə gəliblər. "Onlar avtomobilə yaxınlaşdıqda maşındakılar qaçmağa başlayıblar. Polislərdən biri xidməti silahından atəş açıb. Yaralanmış bir nəfər yerli xəstəxanaya çatdırılıb, orada onun öldüyünü bildiriblər. Biz hadisə yerində iki odlu silah aşkarladıq", - Nyusem bildirib.
O, ölən şəxsin kimliyi və polis barədə məlumat verməyib. Polis rəhbəri həmçinin qeyd edib ki, indi onlara bütün verilən informasiya ilkin xarakter daşıyır.