ABŞ-da növbəti silahlı insident: 3 ölü

Digər ölkələr
  • 24 noyabr, 2015
  • 02:16
ABŞ-da növbəti silahlı insident: 3 ölü

Bakı. 24noyabr. REPORT.AZ/ Amerika Birləşmiş Ştatlarında növbəti silahlı insident baş verib.

"Report" "Gazeta.Ru"-ya istinadən xəbər verir ki, Ohayo şhatının Kolumbus şəhərində atışma zamanı üç nəfər ölüb, 12 yaşlı uşaq yaralanıb.

Polis əməkdaşları hadisə yerinə şahidlərin zəngindən sonra gəliblər.

İnsidentin təfərrüatları hələlik məlum deyil.