Yuxarı

ABŞ-da naməlum şəxs polislərə atəş açıb

İki polis xəstəxanaya çatdırılıb

Bakı. 29 iyul. REPORT.AZ/ Kaliforniya ştatındakı San Dieqo şəhərində silahlı şəxs polislərə atəş açıb.

"Report" "Reuetrs"ə istinadən xəbər verir ki, hadisə nəticəsində iki polis əməkdaşı yaralanıb.

Yaralı polislər xəstəxanaya çatdırılıb, onların vəziyyəti dəqiqləşdirilir.

Hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb. Hələlik hadisənin motivləri məlum deyil.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi