ABŞ-da məhkəmə binasında atışma olub, xəsarət alanlar var

ABŞ-da məhkəmə binasında atışma olub, xəsarət alanlar var ABŞ-ın Konnektikut ştatının Bricport şəhərinin məhkəmə binasında atışma olub.
Digər ölkələr
28 Yanvar , 2020 00:49
ABŞ-da məhkəmə binasında atışma olub, xəsarət alanlar var

ABŞ-ın Konnektikut ştatının Bricport şəhərinin məhkəmə binasında atışma olub.

“Report” xəbər verir ki, bu barədə məhkəmə aparatının əməkdaşına istinadən “New York Post” qəzeti bildirib.

Məlumata görə, atışma nəticəsində 4 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya çatdırılıb, onların həyatı üçün təhlükənin olmadığı bildirilir.

Hadisəni tərədən cinayətkarların tutulması barədə hələ heçnə məlum deyil.

"Konnektikut ştatının polisi Bridjport şəhərinin polisinə məhkəmə binasında olmuş atışma hadisəsinin araşdırılmasında yardım göstərir", - ştat polisinin mətbuat xidmətinin “Twitter”də yerləşdirilmiş xəbərində deyilir.

Son xəbərlər

Orphus sistemi