ABŞ-da koronavirusdan ölənlərin sayı 175 mini keçib

ABŞ-da koronavirusdan ölənlərin sayı 175 mini keçib ABŞ-da koronavirus (COVID-19) infeksiyasına 43 697 yeni yoluxma faktı qeydə alınıb.
Digər ölkələr
19 Avqust , 2020 06:34
ABŞ-da koronavirusdan ölənlərin sayı 175 mini keçib

ABŞ-da koronavirus (COVID-19) infeksiyasına 43 697 yeni yoluxma faktı qeydə alınıb.

“Report” xəbər verir ki, ötən gün ərzində analiz nümunələri müsbət çıxan 1 358 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 5 655 942 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan  3 011 098 nəfər müalicə olunaraq sağalıb, 175 074 nəfər vəfat edib.

Qeyd olunub ki, hazırda 2 469 770 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Bu günə qədər yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 72 367 651 test icra olunub.

Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Son xəbərlər

Orphus sistemi