ABŞ-da iri hərbi təyyarə ön şassi açılmadan eniş edib - VİDEO

ABŞ-da iri hərbi təyyarə ön şassi açılmadan eniş edib - VİDEO Bakı. 10 avqust. REPORT.AZ/ Amerika Hərbi Hava Qüvvələrinin Lockheed C-5 Galaxy tipli ən iri nəqliyyat təyyarəsi ön şassisi açılmadan San-Antonio (Texas ştatı) aviabazasına qəza enişi edib.
Digər ölkələr
10 Avqust , 2018 07:49
ABŞ-da iri hərbi təyyarə ön şassi açılmadan eniş edib - VİDEO

Bakı. 10 avqust. REPORT.AZ/ Amerika Hərbi Hava Qüvvələrinin "Lockheed C-5 Galaxy" tipli ən iri nəqliyyat təyyarəsi ön şassisi açılmadan San-Antonio (Texas ştatı) aviabazasına qəza enişi edib.

"Report" "İzvestiya" nəşrinə istinadən xəbər verir ki, hava gəmisi burnu üstə yerə dəyərək zədələnə biləcəyi bir halda, "C-5"in pilotu öz ustalığını ortaya qoyaraq çoxtonluq təyyarəni burnunu yerə vurmadan uçuş-eniş zolağında saxlaya bilib.

Bu, təyyarəni ciddi zədələnmədən yayındırmağa imkan verib.

"The Drive" nəşrinin məlumatına görə, hadisə nəticəsində heç kim xəsarət almayıb. Hadisənin dəqiq hansı tarixdə baş verdiyi məlum deyil.

Son xəbərlər

Orphus sistemi