ABŞ-da etirazlar zamanı 20-dən çox polis yaralanıb

ABŞ-da etirazlar zamanı 20-dən çox polis yaralanıb ABŞ-ın Sietl şəhərində (Vaşinqton ştatı) keçirilən etiraz aksiyaları zamanı 21 polis əməkdaşı yaralanıb, 45 etirazçı saxlanılıb
Digər ölkələr
381
27 İyul , 2020 10:17
ABŞ-da etirazlar zamanı 20-dən çox polis yaralanıb
0 : 00
0 : 00

ABŞ-ın Sietl şəhərində (Vaşinqton ştatı) keçirilən etiraz aksiyaları zamanı 21 polis əməkdaşı yaralanıb, 45 etirazçı saxlanılıb.

“Report” xəbər verir ki, bu barədə yerli polisin “Twitter” ümvanında məlumat verilib.

Qeyd olunur ki, 20 polis əməkdaşı artıq işə qayıdıb, digər 1 nəfər isə dizindən xəsarət aldığından hələ də xəstəxanadadır. Polisdən bildirilib ki, etirazçılar hüquq-mühafizə orqanlarının əməkdaşlarına daş, kərpic, butulka atıblar və partlayıcı maddələrdən istifadə ediblər.

Həm Sietl, həm də Portlend şəhərinin polisi davam edən qarşıdurmaları üsyan kimi qələmə veriblər və bu, ölkə prezidentinə hərbçilərdən istifadə etmək imkanı yaradır. Nümayişçilər zabitlərə hücum etməkdən və onları qarət etməkdən belə çəkinmirlər.

Etirazçılar Sietldə tikilməkdə olan yetkinlik yaşına çatmayan cinayətkarlar üçün mərkəzdə yanğın törətməyə, ardından isə polis məntəqəsini partlatmağa çalışıb.

Son xəbərlər

Orphus sistemi