ABŞ-da daha iki atışma olub, xəsarət alanlar var

ABŞ-da daha iki atışma olub, xəsarət alanlar var ABŞ-ın Florida ştatının Aventura şəhərində atışma baş verib
Digər ölkələr
9 May , 2021 04:08
ABŞ-da daha iki atışma olub, xəsarət alanlar var

ABŞ-ın Florida ştatının Aventura şəhərində atışma baş verib.

“Report”un məlumatına görə, bu barədə yerli polis idarəsinin tvitterdəki səhifəsində yayılmış bəyanatında bildirilir.

Qeyd edilir ki, hadisə zamanı azı üç nəfər xəsarət alıb.

Asayiş keşikçilərinin məlumatına görə, zərərçəkənlərin həyatı üçün təhlükə yoxdur. Onlar yaxınlıqdakı xəstəxanaya çatdırılıblar.

Bəyanatda vurğulanır ki, polis əməkdaşları bir neçə şübhəlini yaxalamağa müvəffəq olub. Asayiş keşikçiləri onları sorğu-sual edir.

WSVN telekanalı isə hadisə zamanı 3 yox, 5 nəfərin xəsarət aldığını bildirib.

ABŞ-da daha bir silahlı insident isə Nyu-Yorkun mərkəzində qeydə alınıb. Belə ki, naməlum şəxs odlu silahdan atəş açaraq qadını və uşağı yaralayıb.

Yerli polisin nümayəndəsi “RİA “Novosti”yə bildirib ki, yaralılar xəstəxanaya çatdırılıb. Hadisəni törədən şəxs qaçaraq gizlənib. Təhqiqat aparılır.

Qeyd edək ki, bu. Birləşmiş Ştatlarda baş verən 3-cü silahlı insidentdir. Daha əvvəl Merilend ştatının Baltimor şəhərində də atışma olub. Evdə baş vermiş hadisə zamanı 3 nəfər həlak olub, daha 2 nəfər yaralanıb.

Son xəbərlər

Orphus sistemi