ABŞ-da daha bir məhkəmə Trampın immiqrasiya fərmanını əngəlləyib

ABŞ-da daha bir məhkəmə Trampın immiqrasiya fərmanını əngəlləyib Qərar San-Fransiskonun 9-cu Dairə məhkəməsi tərəfindən qəbul olunub
Digər ölkələr
12 İyun , 2017 21:46
ABŞ-da daha bir məhkəmə Trampın immiqrasiya fərmanını əngəlləyib
RİA Novosti

Bakı. 12 iyun. REPORT.AZ/ ABŞ-da sayca ikinci appelyasiya məhkəməsi prezident Donald Trampın altı müsəlman ölkəsi vətəndaşlarının Amerika ərazisinə girişini müvəqqəti qadağan edən immiqrasiya fərmanını əngəlləyib.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə "New York Times" nəşri yazıb.

Qərar San-Fransiskonun 9-cu Dairə məhkəməsi tərəfindən qəbul olunub. Bundan əvvəl analoji qərarı Riçmondun (Virciniya ştatı) 4-cü Appelyasiya məhkəməsi qəbul etmişdi.

Prezident Administrasiyası artıq məhkəmə qadağalarından Ali Məhkəməyə şikayət etmək niyyətində olduğunu bəyan edib.

Son xəbərlər

Orphus sistemi