ABŞ-da aktyor Alek Balduinin iştirakı ilə filmin çəkilişləri zamanı bir nəfər həlak olub, bir nəfər yaralanıb

ABŞ-da aktyor Alek Balduinin iştirakı ilə filmin çəkilişləri zamanı bir nəfər həlak olub, bir nəfər yaralanıb ABŞ-da aktyor Alek Bolduinun iştirakı ilə filmin çəkilişləri zamanı bir nəfər silahla hadisə nəticəsində həlak olub, daha bir nəfər yaralanıb.
Digər ölkələr
22 Oktyabr , 2021 06:55
ABŞ-da aktyor Alek Balduinin iştirakı ilə filmin çəkilişləri zamanı bir nəfər həlak olub, bir nəfər yaralanıb
Alek Bolduin

ABŞ-da aktyor Alek Balduinin iştirakı ilə filmin çəkilişləri zamanı bir nəfər silahlı hadisə nəticəsində həlak olub, daha bir nəfər yaralanıb.

“Report” xəbər verir ki, bu barədə TMZ portalı bildirib.

Məlumata görə, hadisə Nyu-Meksika ştatında "Rust" ("Pas") vesterninin çəkilişləri zamanı qeydə alınıb.

Bildirilir ki, hadisə tapançadan atəş vaxtı baş verib. Belə ki, silah boş patronlar tərəfindən doldurulmalı imiş. Atəş zamanı filmin rejissoru körpücük sümüyündən yaralanıb, 42 yaşlı qadın operator Alina Xatçins isə ağır xəsarət alıb və helikopterlə Albukerk şəhərinin xəstəxanasına çatdırılıb, həkimlər onun həyatını xilas edə bilməyiblər. 

Digər mətbuat orqanları da yazıb ki, Alek Bolduin filmin çəkilişində iştirak edib, filmin çəkilişləri dayandırılıb.

Santa-Fe dairəsi şerifinin ofisi çəkiliş meydançasında rekvizitin tətbiqi ilə bağlı hadisənin olmasını təsdiqləyib. O, qeyd edib ki, atəşi elə aktyor Alek Bolduinin özü açıb. Hələlik aktyora qarşı ittiham irəli sürülməyib. 

“Variety” jurnalı isə bildirib ki, faktla bağlı araşdırma aparılır. Hadisənin ehtiyatsızlıqdan baş verdiyi istisna olunmur. 

Son xəbərlər

Orphus sistemi