ABŞ-da Ağ Evin yaxınlığında özünə atəş açan şəxs ölüb - VİDEO - YENİLƏNİB

ABŞ-da Ağ Evin yaxınlığında özünə atəş açan şəxs ölüb - VİDEO - YENİLƏNİB Polis bu barədə onun yaxınlarına xəbər vermək niyyətindədir
Digər ölkələr
4 Mart , 2018 00:54
ABŞ-da Ağ Evin yaxınlığında özünə atəş açan şəxs ölüb - VİDEO - YENİLƏNİB

Bakı. 3 mart. REPORT.AZ/ Ağ Ev yaxınlığında özünə tapançadan atəş açmış şəxs ölüb.

"Report"un məlumatına görə, polis bu barədə onun yaxınlarına xəbər vermək niyyətindədir.

Qeyd edək ki, o, Ağ Evin şimal hasarı yaxınlığında özünü güllələyib. Hadisə zamanı ondan başqa heç kim xəsarət almayıb.

ABŞ prezidenti Donald Tramp həmin vaxt iqamətgahda olmayıb. Onun xanımı ilə birlikdə Floridada olduğu bildirilir.


***23:23

ABŞ-da naməlum şəxs Ağ Evin yaxınlığında özünə atəş açıb.

"Report" "Qazeta.ru"ya istinadən xəbər verir ki, bu barədə Birləşmiş Ştatların Məxfi Xidməti "Twitter"də məlumat yayıb.

"Məxfi Xidmətin əməkdaşları Ağ Evin şimal hasarının yaxınlığında bir nəfərin özünü tapançayla yaralaması hasdisəsini araşdırır", - deyə xəbərdə bildirilir.

Həmin şəxsə tibbi yardım göstərilib.

Son xəbərlər

Orphus sistemi