ABŞ-da 133 avtomobil toqquşub, 65 nəfər xəsarət alıb, 9 nəfər ölüb - YENİLƏNİB

ABŞ-da 133 avtomobil toqquşub, 65 nəfər xəsarət alıb, 9 nəfər ölüb - YENİLƏNİB ABŞ-ın Texas ştatında baş verən yol-nəqliyyat hadisəsində ölən və yaralananların sayı artıb
Digər ölkələr
300
12 Fevral , 2021 05:02
ABŞ-da 133 avtomobil toqquşub, 65 nəfər xəsarət alıb, 9 nəfər ölüb - YENİLƏNİB

ABŞ-ın Texas ştatının şimal-şərq hissəsində baş verən yol-nəqliyyat hadisəsində ölənlərin sayı 6 nəfərə yüksəlib.

"Report" xəbər verir ki, bu barədə "Dallas Morning News" hakimiyyət orqanlarına istinadən bildirib.

Qeyd edilir ki, yol qəzasında xəsarət alanların da sayı artaraq 65 nəfərə yüksəlib. Onlar xəstəxanaya yerləşdirilib.

Daha əvvəl Fort-Uert şəhərinin Polis İdarəsinin nümayəndəsi Deniel Sequra qəza zamanı 5 nəfərin öldüyünü bildirib.

Texasın mərkəzi magistrallarından birində ümumilikdə 133 avtomobil toqquşub. Hadisəyə yolun buz bağlaması səbəb olub.

NBC telekanalı isə bildirib ki, ştatın başqa hissələrində də yol-nəqliyyat hadisələri baş verib. Həmin qəzalar zamanı azı üç nəfər ölüb.

23:24

ABŞ-ın Texas ştatının şimal-şərq hissəsində baş verən yol-nəqliyyat hadisəsində azı beş nəfər həlak olub.

“Report” “NBCnews” telekanalına istinadən xəbər verir ki, bu barədə Fort-Uert şəhərinin Polis İdarəsinin nümayəndəsi Deniel Sequra bildirib.

"Bizdə təsdiq edilmiş informasiya var ki, azı beş insan həlak olub", - o mətbuat konfransında qeyd edib. Sequra bildirib ki, hakimiyyət orqanları hadisə haqqında informasiyanı dəqiqləşdirməyə davam edir.

Telekanalın yerli filialının informasiyasına əsasən, hadisə zamanı təxminən 35 nəfər xəsarət alıb, yaralılar xəstəxanaya yerləşdirilib. Qeyd edilir ki, magistrallardan birində ümumilikdə 100-yə yaxın avtomobil toqquşub. Hadisəyə yolun buz bağlaması səbəb olub.

Telekanal bildirib ki, ştatın başqa hissələrində də yol-nəqliyyat hadisələri qeydə alınıb. Həmin qəzalar zamanı daha üç nəfər həlak olub.

Son xəbərlər

Orphus sistemi