ABŞ Beynəlxalq Cinayət Məhkəməsi prokurorunun vizasını ləğv edib

ABŞ Beynəlxalq Cinayət Məhkəməsi prokurorunun vizasını ləğv edib ABŞ hökuməti Beynəlxalq Cinayət Məhkəməsinin (İCC – İnternational Criminal Court) prokuroru Fatu Bensudanın ölkəyə giriş vizasını ləğv edib.
Digər ölkələr
5 Aprel , 2019 16:18
ABŞ Beynəlxalq Cinayət Məhkəməsi prokurorunun vizasını ləğv edib

ABŞ hökuməti Beynəlxalq Cinayət Məhkəməsinin (İCC – İnternational Criminal Court) prokuroru Fatu Bensudanın ölkəyə giriş vizasını ləğv edib.

“Report” “France Press”ə istinadən xəbər verir ki, buna səbəb onun amerikalı hərbçilərin Əfqanıstanda törətdiyi hərbi cinayətləri araşdırmasıdır.

Prokurorun ofisindən məlumat təsdiqlənib.

“Prokuror və ofisi bu öhdəliyi rəsmi səviyyədə tam sədaqətlə, peşəkarlıqla, qərəzsiz yerinə yetirməyə davam edir” – deyə ofisdən vurğulayıblar.

Bu qərarın prokurorun Nyu-Yorkda BMT qərargahına gedərək Təhlükəsizlik Şurası Araşdırmalar Komissiyasında brifinq keçirməsinə mane olmamasının vacibliyi də qeyd olunub.

Bundan əvvəl ABŞ dövlət katibi Mayk Pompeo amerikalı hərbçilərin cinayət əməllərini araşdıran İCC nümayəndələri üçün 15 mart tarixindən viza məhdudiyyəti tətbiq etdiklərini açıqlamışdı.

Son xəbərlər

Orphus sistemi