Yuxarı

​ABŞ Silahlı Qüvvələri Baş Qərargahının rəisi ikinci səfərini İraqın şimalına edib

Onun bu səfəri sürpriz ziyarət sayılır

Bakı. 20 oktyabr. REPORT.AZ/ ABŞ Silahlı Qüvvələri Baş Qərargahının rəisi Cozef Dandorf İraqın şimalına səfər edib.

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, Baş Qərargahın rəisi orada yerli kürd hökumətinin təmsilçiləri ilə görüşüb.

Məlumata görə, onun İraqa səfəri isə "sürpriz ziyarət" sayılır. Ölkənin şimalındakı kürd hökumətinin başçısı Məsud Bərzani və kürd silahlılarının komandiri ilə keçirdiyi görüşdə İŞİD-ə qarşı mübarizəni müzakirə etdikləri bildirilib.

O, vəzifəyə təyin edildikdən sonra ilk səfərini oktyabrın 18-də İsrailə edib. Səfər zamanı C.Dandorf İsrailin baş naziri Binyamin Netanyahu ilə göüşüb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi