ABŞ Aİ-nin gömrük rüsumlarının ləğvi təklifini dəstəkləməyib

ABŞ Aİ-nin gömrük rüsumlarının ləğvi təklifini dəstəkləməyib Avropa İttifaqının ABŞ-la ikitərəfli ticarətlə bağlı təklif etdiyi güzəştlər kifayət deyil
Digər ölkələr
8 aprel 2025 00:22
ABŞ Aİ-nin gömrük rüsumlarının ləğvi təklifini dəstəkləməyib

Avropa İttifaqının ABŞ-la ikitərəfli ticarətlə bağlı təklif etdiyi güzəştlər kifayət deyil.

“Report” xəbər verir ki, bunu Amerika lideri Donald Tramp deyib.

O, Ağ Evdə jurnalistlərin Aİ-nin ABŞ-yə gömrük rüsumları ilə bağlı güzəşt təklifinin yetərli olub-olmaması ilə bağlı sualını cavablandırarkən “Xeyr, deyil”,- deyib.

Qeyd edək ki, Avropa İttifaqı (Aİ) Brüssellə Vaşinqton arasında gərginləşən ticarət münasibətlərini yumşaltmaq üçün ABŞ-ya sənaye məhsulları üzrə bütün gömrük rüsumlarının qarşılıqlı şəkildə ləğvini nəzərdə tutan razılaşma təklif edib.

Bununla yanaşı, Aİ tərəfi danışıqların uğursuz nəticələnəcəyi halda mümkün cavab tədbirlərinin hazırlanmasını davam etdirir.

Bu gələn həftədən etibarən ABŞ məhsullarına, o cümlədən cins şalvar, viski, motosiklet və fıstıq yağına əlavə rüsumların tətbiqi gözlənilir. Gələcəkdə bu siyahıya ABŞ-ın kənd təsərrüfatı və sənaye məhsullarının da daxil ediləcəyi nəzərdə tutulur.

Son xəbərlər

Orphus sistemi