Rusiyanın Haaqa Beynəlxalq Məhkəməsinə cəlb olunmasını 40-dan çox ölkə dəstəkləyib

Rusiyanın Haaqa Beynəlxalq Məhkəməsinə cəlb olunmasını 40-dan çox ölkə dəstəkləyib 40-dan çox ölkə Rusiyanın Ukraynaya hücumu ilə əlaqədər olaraq Haaqa Beynəlxalq Məhkəməsində cinayət işinin başlanmasını dəstəkləyib.
Digər ölkələr
14 iyul 2022 05:40
Rusiyanın Haaqa Beynəlxalq Məhkəməsinə cəlb olunmasını 40-dan çox ölkə dəstəkləyib

Rusiyanın Ukraynaya hücumu ilə əlaqədər olaraq Haaqa Beynəlxalq Məhkəməsində cinayət işinin başlanmasını 40-dan çox ölkə dəstəkləyib.

“Report” UNIAN-a istinadən xəbər verir ki, bu barədə aşağıdakı ölkələr birgə bəyanat yayıblar.

Belə ki, bəyanatı Albaniya, Andorra, Avstraliya, Avstriya, Belçika, Bolqarıstan, Kanada, Xorvatiya, Kipr, Çexiya, Danimarka, Estoniya, Finlandiya, Fransa, Almaniya, Yunanıstan, İslandiya, İrlandiya, İtaliya, Yaponiya, Latviya, Litva, Lüksemburq, Malta, Marşal adaları, Moldova, Monako, Monteneqro, Hollandiya, Yeni Zelandiya, Şimali Makedoniya, Norveç, Palau, Polşa, Portuqaliya, Rumıniya, San Marino, Slovakiya, Sloveniya, İspaniya, İsveç, Böyük Britaniya, ABŞ, həmçinin Avropa İttifaqı imzalayıb.

Onlar Ukraynanın 1948-ci il “Soyqırım cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiyaya uyğun olaraq Rusiyaya qarşı Beynəlxalq Ədalət Məhkəməsində işin açılmasını dəstəklədiyini təsdiqləyiblər.

İddianın məqsədi Rusiyanın Ukraynada hərbi əməliyyatlar aparmaq üçün heç bir hüquqi əsasının olmadığını sübut etməkdir.

Qeyd edək ki, daha əvvəl Ukrayna Baş Prokurorluğu BMT-nin bu ölkəyə xüsusi ekspert qrupu göndərəcəyi barədə məlumat yaymışdı.

Son xəbərlər

Orphus sistemi