3 nəfər Hindistanın şimalında baş verən partlayışın qurbanı olub
Digər ölkələr
- 04 aprel, 2015
- 10:12
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 4 aprel. REPORT.AZ/ Hindistanın şimalında yerləşən Cammu və Kəşmir ştatında nəzarət xətti keçən ərazidə partlayış nəticəsində ən azı 3 nəfər ölüb və 1 nəfər ciddi xəsarət alıb. Bu barədə "Report" "TASS"a istinadən xəbər verir.
Ştat polisinin məlumatına görə, partlayıcı qurğu Racuori vilayətində Saryam kəndinin yaxınlığında işə salınıb. Partlayıcı qurğunun idarə olunduğu güman edilir.
Bütün ölənlər və yaralananlar meşəyə odun tədarükünə gedən yerli sakinlərdir.
Hadisə yeri nəzarət altına alınıb, təhqiqat aparılır.
Son xəbərlər
02:44
Mask: Starlink yalnız mülki və müdafiə məqsədləri üçün nəzərdə tutulub
Digər ölkələr
02:06
Pentaqon Latın Amerikasına 600 hərbçi göndərir
Digər ölkələr
01:32
İstanbulda hava səbəbindən 40-dan çox təyyarə başqa hava limanlarına yönləndirilib
Region
01:17
Foto
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - birgə açıqlama
Daxili siyasət
01:00
UEFA Çempionlar Liqasında ikinci turun növbəti oyunları keçirilib
Futbol
00:38
ABŞ hipersəs raketinin yerləşdirilməsi qrafikindən geri qaldığını etiraf edib
Digər ölkələr
00:10
Kiyevə növbəti hərbi yardım müzakirə edilib
Digər ölkələr
00:00
İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür
Daxili siyasət
23:29
Slovakiya Ukrayna üçün yeni Avropa kreditinə qoşulmayacaq
Digər ölkələr