​Vaşinqtonda Türkiyə və Azərbaycan diasporu yürüş keçirəcək

​Vaşinqtonda Türkiyə və Azərbaycan diasporu yürüş keçirəcək "Bir gününüzü Türkiyəyə ayırın!"
Diaspor
29 Mart , 2015 12:44
​Vaşinqtonda Türkiyə və Azərbaycan diasporu yürüş keçirəcək

Bakı. 29 mart. REPORT.AZ/ Aprelin 24-də Vaşinqtonda Türkiyə və Azərbaycan diasporunun birgə yürüşü keçiriləcək.

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, tədbir 124 Türkiyə-ABŞ vətəndaş cəmiyyəti tərəfindən təşkil edilir. Azərbaycan diasporunun təmsilçiləri də bu aksiyanı dəstəkləyirlər.

Təşkilatçılar tədbirlə bağlı "Bir gününüzü Türkiyəyə ayırın!" şüarı ilə müraciət yayıb: "Heç kimdən dəvət gözləmə. Bayrağını götür, gəl. "Mən olmasam da, olar" - demə. Sənin də orada olmağın ölkəmiz üçün çox önəmlidir".

Bu müraciət ABŞ-ın Azərbaycan və Türkiyə diasporunun sıx yaşadığı əyalətlərində yayılıb.

Xatırladaq ki, aprelin 24-də Türkiyədə Çanaqqala Zəfərinin 100-cü ildönümü ilə bağlı yüksək səviyyəli tədbir keçiriləcək. Tədbirə Azərbaycan Prezidenti İlham Əliyevin qatılacağı da gözlənilir. Məlumata görə, mərasimdə 30-dan çox ölkənin lideri, eləcə də Britaniya taxt-tacının varisi şahzadə Çarlz da iştirak edəcək.

Son xəbərlər

Orphus sistemi