Ukraynaya çempionluq qazandıran azərbaycanlı

Ukraynaya çempionluq qazandıran azərbaycanlı Dünya UBO versiyası üzrə növbəti super boks görüşməsi bu dəfə Ukraynada paytaxt Kiyevdə baş tutub. Görüş kəmərin sahibi olan Panamadan İrvinq Berri ilə Ukraynadan olan azərbaycanlı Nazir Rəhimov arasında baş tutub. Görüş 22 yaşlı Rəhimovun tam qələbəsi il
Diaspor
25 Avqust , 2023 13:46
Ukraynaya çempionluq qazandıran azərbaycanlı
Nazir Rəhimov

Dünya UBO versiyası üzrə növbəti super boks görüşməsi bu dəfə Ukrayna paytaxtı Kiyevdə baş tutub. Görüş kəmərin sahibi olan panamalı İrvinq Berri ilə Ukraynadan olan azərbaycanlı Nazri Rəhimov arasında baş tutub. 22 yaşlı Rəhimovun tam qələbəsi ilə başa çatan qələbə ilə soydaşımız Ukrayna tarixində ən gənc çempion olub. Eyni zamanda UBO super liqanın kəmərini Ukraynaya qazandırıb.

Çempion həmyerlimiz "Report"un Şərqi Avropa bürosu bildirib ki, hazırda növbəti yarışa hazırlaşır:

"Ukraynanın Nikolayev şəhərində anadan olub, orada böyümüşəm. Valideynlərim isə Azərbaycanın İmişli rayonunun Qaradamlı kəndində anadan olublar.
10 yaşımdan boksla məşğul oluram və 18 yaşıma kimi bu idman növü ilə məşğul olmuşam. Ölkə çempionatlarında həvəskarlar arasında mübarizə aparmışam. 18 yaşımdan sonra peşəkar boksa keçdim və artıq 13 uğurlu duelim baş tutub. 20 yaşımda Ukrayna çempionu adı uğrunda mübarizə apardım. Ukrayna tarixində ən gənc Ukrayna çempionu oldum.
Mənə doğma şəhərim Brovarıda dünya çempionatında yarışmaq imkanı verildi. Lakin problemlər oldu, rəqibim dəyişdirildi. Heç kim Ukraynayla müharibəyə görə mübarizə aparmaq istəmirdi. Döyüş gözlədiyimizdən qat-qat çətin oldu. Panamadan olan rəqibim bizim dəvətimizi qısa müddətdə qəbul etdi. O, çox güclü idi. Buna baxmayaraq 90 dəqiqəlik döyüşün 10-cu raundunda onu nokaut edib super yüngül çəkidə dünya çempionu titulunu qazandım. Əvvəlcə duelin bu il iyunun 24-də keçirilməsi planlaşdırılırdı. Lakin Kiyev güclü atəşə tutulduğu üçün qarşılaşma iyulun 29-na, daha sonra avqustun 12-nə keçirildi. Nəticədə Brovarı şəhərində keçirilən dueldə biz qalib gəldik. Qarşılaşmaların axşamı məlum oldu ki, peşəkarlar arasında Ukrayna çempionu oldum və kəmər qazandım.


Daha 5 dünya çempionu kəməri var ki, onları qazanmaq lazımdır. Onlardan 4-ü Amerikadadır. Buna görə də, daha çox təcrübə qazanmaq və amerikalılarla yarışmaq üçün bir neçə döyüş keçirməliyik. Növbəti bir il yarım üçün planlarımız 3-4 döyüş keçirmək, amerikalılarla qarşılaşmaq, 4 əsas kəməri əldə etməkdir.
Olimpiya oyunlarında boks hər biri 3 dəqiqəlik üç, bizdə isə 3 dəqiqəlik on iki raunddur. Bu peşəkar boksdur, digər idmanlara nisbətən daha çətin olur. Burada bir turnirdə 4-5 döyüş keçirirsən. Rəqibinin kim olduğunu əvvəlcədən bildiyin üçün 2-3 aya tam hazırlaşırsan.

Bizi çoxları - təkcə ukraynalılar deyil, azərbaycanlılar da dəstəkləyir. Boks klubumuz Ukraynanın bir nömrəli klubudur. Ümumilikdə klubumuzu dəstəkləyən bütün millətlərdən yoldaşlarımız var. Mənə inanan hər kəsə dərin minnətdarlığımı bildirirəm". Gənc çempion yarışa hazırlaşdığı şəraitdən də danışıb: "18 yaşımda Nikolayevdən bura gəlmişəm. Bura - Kiyev vilayətinin Brovarı şəhərinə köçdüm. İdman zalının yanında yerləşən bu otaqda iki ildir yaşayıram. Səhər tezdən axşama kimi məşqlər edirəm. Bir idmançı üçün bu şərait çətin də olsa kifayət edir. Daha yaxşı nəticə əldə etmək üçün bu idman zalında daha çox boksla məşğul oluram. 2 il bu otaqda yaşadım, qapının arxasında zala keçirdim".
Qeyd edək ki, hazırda həmyerlimiz Ukrayna təmsilçisi kimi Polşaya növbəti təlimlərə yollanıb.

Son xəbərlər

Orphus sistemi