Ukrayna Azərbaycanlıları Radası beynəlxalq ictimaiyyəti erməni yalanlarına inanmamağa çağırıb

Ukrayna Azərbaycanlıları Radası beynəlxalq ictimaiyyəti erməni yalanlarına inanmamağa çağırıb Ukraynada fəaliyyət göstərən Azərbaycan icması ölkəmizin sülh səylərinin dəstəklənməsi ilə bağlı beynəlxalq ictimaiyyətə müraciət edib.
Diaspor
1 Sentyabr , 2023 16:37
 Ukrayna Azərbaycanlıları Radası beynəlxalq ictimaiyyəti erməni yalanlarına inanmamağa çağırıb

Ukraynada fəaliyyət göstərən Azərbaycan icması ölkəmizin sülh səylərinin dəstəklənməsi ilə bağlı beynəlxalq ictimaiyyətə müraciət edib.

"Report" xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib.

Ukrayna Azərbaycanlıları Radası adından Birləşmiş Millətlər Təşkilatının (BMT) Cenevrədəki mənzil-qərargahına ünvanlanan bəyanatda bildirilib ki, Azərbaycan əsilli ukraynalılar Ermənistanda mövcud olan revanşist əhval-ruhiyyəli qüvvələrin və erməni diasporunun yolverilməz əməlləri nəticəsində Cənubi Qafqaz regionunda yaranmış mövcud vəziyyətdən dərin narahatlıq hissi keçirirlər.

Bəyanatda 30 il ərzində Ermənistanın işğalçı siyasəti nəticəsində Azərbaycanın Qarabağ bölgəsinin xarabalığa çevrildiyi və 2020-ci ildə baş vermiş müharibədən sonra qalmış aktual problemlərin son 3 il ərzində həll olunmadığı nəzərə çatdırılıb.

Ermənistan silahlı qüvvələri tərəfindən basdırılmış minalar nəticəsində bu günədək Azərbaycanın 300-dən çox günahsız mülki vətəndaşının və hərbi qulluqçusunun həlak olduğu və yaralandığı, regional əməkdaşlığa sadiqliyini qonşu Gürcüstanın timsalında sübut edən Azərbaycanın beynəlxalq hüquqa uyğun olaraq öz ərazilərində, o cümlədən nəqliyyat-kommunikasiya yolları üzərində suverenliyini qorumağa çalışdığı, Xankəndi-Laçın yolunun açıq olduğu kimi faktlar bir daha sadalanıb.

Ukrayna Azərbaycanlıları Radası bu kritik və önəmli mərhələdə beynəlxalq təşkilatları erməni uydurmalarına inanmamağa çağırıb. İşğaldan azad edilmiş Qarabağda irimiqyaslı bərpa-yenidənqurma layihələri həyata keçirmək məqsədilə bölgəyə çoxmilyardlı sərmayələr yatıran Azərbaycanın sülhsevər mövqeyini əməli şəkildə dəstəkləməyə və tərəflər arasında konstruktiv dialoqun təşviqinə yardım göstərməyə dəvət edib.

Son xəbərlər

Orphus sistemi