Prezident İqor Dodon Moldova Azərbaycanlıları Konqresini təltif edib

Prezident İqor Dodon Moldova Azərbaycanlıları Konqresini təltif edib Bakı. 26 dekabr. REPORT.AZ/ Kişinyovda Moldova Respulikasının prezidenti İqor Dodon ölkədə yaşayan milli azlıqların ictimai təşkilatlarının nümayəndələriylə görüş keçirib. 
Diaspor
26 Dekabr , 2017 16:12
Prezident İqor Dodon Moldova Azərbaycanlıları Konqresini təltif edib

Bakı. 26 dekabr. REPORT.AZ/ Kişinyovda Moldova Respulikasının prezidenti İqor Dodon ölkədə yaşayan milli azlıqların ictimai təşkilatlarının nümayəndələriylə görüş keçirib. 

"Report" xəbər verir ki, görüşdə Moldova Azərbaycanlıları Konqresinin (MAK) sədri Vüqar Novruzov və Təşkilatın fəal üzlərindən biri olan Muharib Allahverdiyev də iştirak edib.

Görüş zamanı ölkənin iqtisadi və siyasi durumu, o cümlədən bununla bağlı ölkənin etnik vətəndaşlarının təşəbbüsləri müzakirə olunub. Prezident Dodon bildirib ki, bütün sahələr üzrə etnik xalqların təşəbbüslərinə baxılacaq və edilən təkliflər nəzərə alınacaq.

Görüşdə Moldova prezidenti İqor Dodon ölkədəki milli azlıqların bir sıra ictimai assosiasiyalarına Moldova Respublikası Prezidentinin Fəxri diplomunu təqdim edib. Mükafat Moldova Respublikasında millətlərarası münasibətlərin harmoniyalaşdırılması istiqamətində dövlət siyasətinin tətbiqindəki xidmətlərə, milli azlıqların müdafiəsi sisteminin konsolidasiyası naminə ümumi dəyərlər və mədəniyyətlərarası dialoqun inkişafına verdiyi töhfəyə görə təqdim edilib. İqor Dodon Moldova Azərbaycanlıları Konqresinə ünvanladığı “Fəxri diplom”u Vüqar Novruzova təqdim edib.

Son xəbərlər

Orphus sistemi