ABŞ-da öldürülən azərbaycanlının Vətəninə göndərilməsi üçün 33 min dollardan çox vəsait toplanıb

ABŞ-da öldürülən azərbaycanlının Vətəninə göndərilməsi üçün 33 min dollardan çox vəsait toplanıb Bakı. 16 yanvar. REPORT.AZ/ Könüllülər ABŞ-da öldürülən azərbaycanlının Vətəninə göndərilməsi üçün bir günə tələb olunan məbləğdən də artıq vəsait toplayıblar.
Diaspor
16 Yanvar , 2019 10:49
ABŞ-da öldürülən azərbaycanlının Vətəninə göndərilməsi üçün 33 min dollardan çox vəsait toplanıb
0 : 00
0 : 00

Bakı. 16 yanvar. REPORT.AZ/ Könüllülər ABŞ-da öldürülən azərbaycanlının Vətəninə göndərilməsi üçün bir günə tələb olunan məbləğdən də artıq vəsait toplayıblar.

"Report" xəbər verir ki, ABŞ-ın "gofundme.com" kraudfandinq platformasında bir sutka ərzində "Help me for Elchin" bölməsində tələb olunan 30 min ABŞ dolları əvəzinə 33 min dollardan çox vəsait toplanıb. Köçürmələr hələ də davam edir.

Xatırladaq ki, daha əvvəl 29 yaşlı azərbaycanlı Elçin Xəlilov Şimali Karolinada yerləşən özünün mobil telefon təmiri mağazasında öldürülüb.

Son xəbərlər

Orphus sistemi