İngiltərədə Zəfər Gününə həsr olunmuş yürüş-aksiya təşkil olunub

İngiltərədə Zəfər Gününə həsr olunmuş yürüş-aksiya təşkil olunub İngiltərənin Lids şəhərində 8 Noyabr – Zəfər Gününə həsr olunmuş yürüş-aksiya keçirilib.
Diaspor
8 Noyabr , 2021 18:23
İngiltərədə Zəfər Gününə həsr olunmuş yürüş-aksiya təşkil olunub

İngiltərənin Lids şəhərində 8 Noyabr – Zəfər Gününə həsr olunmuş yürüş-aksiya keçirilib.

Bu barədə "Report" Diasporla İş üzrə Dövlət Komitəsinə istinadən xəbər verir.

Azərbaycan diasporunun fəal üzvləri Röyalə və Tomas Amiral-Moody ailəsinin təşkilatçılığı ilə baş tutan yürüş-aksiya zamanı şəhərin müxtəlif izdihamlı yerlərində Azərbaycan, Türkiyə və Böyük Britaniyanın bayraqları dalğalandırılıb, “Zəfər Günü #Qarabağ Azərbaycandır!” yazılmış poster nümayiş etdirilib. Posterdə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın 27 sentyabr – Anım Günündə iştirak etdikləri Bakı yürüşünün və “Xarı Bülbül” rəmzinin təsviri, Azərbaycanın 30 ilə yaxın müddətdən sonra Qarabağı erməni işğalından azad etdiyi barədə qısa məlumat əks olunub.

Azərbaycan xəritəsinin və “Qarabağ Azərbaycandır!” şüarının əks olunduğu köynəklər geyinmiş aksiya iştirakçıları şəhər sakinlərinə Zəfər Günü barədə ətraflı məlumat verib, vərəqələr paylayıblar.

Son xəbərlər

Orphus sistemi