Diasporla İş üzrə Dövlət Komitəsi və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə “Heydər Əliyev-100 Diaspor Gənclərinin IV Yay Düşərgəsi” 12-18 avqust tarixlərində qədim Azərbaycan torpağı Naxçıvanda keçiriləcək.
Bu barədə "Report"a Dövlət Komitəsindən məlumat verilib.
Bildirilib ki, düşərgədə dünyanın müxtəlif ölkələrində yaşayan 100-dən çox gəncin, o cümlədən azərbaycanlıların və ölkəmizə dost münasibət bəsləyən digər xalqların gənclərinin iştirakı nəzərdə tutulur.
Düşərgə iştirakçıları bir həftə ərzində Naxçıvanın tarixi, mədəni abidələri ilə tanış olmaq, şəhid ailələrinin üzvləri və qəhrəman qazilərimizlə, həmçinin müxtəlif sahələr üzrə ekspertlərlə görüşmək, eləcə də əylənmək və intellektual oyunlarda iştirak etmək imkanı qazanacaqlar.
Yay düşərgələri xaricdəki yeni nəsil azərbaycanlıların ölkəmizlə bağlarını daha da möhkəmləndirmələri, Azərbaycanı uğurla təmsil etmək bacarıqlarını inkişaf etdirmələri, şəbəkələşmələri, yeni dostlar qazanmaları və s. üçün gözəl fürsətdir.
Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıları və Azərbaycana dost münasibət bəsləyən digər xalqların gənclərini yay düşərgəsində iştirak etməyə dəvət edirik.
Düşərgədə yaşı 18-29 arası, Azərbaycan dilində ünsiyyət bacarığı olan gənclər iştirak edə bilər. Bundan əvvəl təşkil edilmiş düşərgələrdə iştirak etmiş gənclərin təkrar iştirakı nəzərdə tutulmur. Düşərgədə iştirak xərcləri (yol xərcləri, viza, yerləşmə, qidalanma və s.) tam şəkildə qarşılanacaq.
Düşərgədə iştirak etmək üçün gənclər 1 iyun 2023-cü il tarixinə qədər
Qeydiyyat, proqram, iştirakçıların seçim prosesi və digər vacib məlumatları əldə etmək üçün
Əlavə məlumat üçün əlaqə vasitələrini təqdim edirik:
Tel.:+994124931054
Mob.: WhatsApp: +99450 762 25 95
E-mail:
Xatırladaq ki, Diasporla İş üzrə Dövlət Komitəsi və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə bu günə kimi Diaspor gənclərinin Şəki, Şamaxı və Şuşa şəhərlərində 3 yay düşərgəsi təşkil olunub. Dünyanın 50-dən çox ölkəsində yaşayan yüzlərlə gənc həmin düşərgələrdə iştirak edib.