Gürcüstanda ali məktəblərə qəbul olunan azərbaycanlıların sayı artıb

Gürcüstanda ali məktəblərə qəbul olunan azərbaycanlıların sayı artıb 2021-2022-ci tədris ili üzrə Gürcüstanın ali məktəblərinə 1 072 nəfər azərbaycanlı abituriyent qəbul olub.
Diaspor
8 Sentyabr , 2021 15:36
Gürcüstanda ali məktəblərə qəbul olunan azərbaycanlıların sayı artıb

2021-2022-ci tədris ili üzrə Gürcüstanın ali məktəblərinə 1 072 nəfər azərbaycanlı abituriyent qəbul olub.

Bu barədə “Report”un yerli bürosunun sorğusuna cavab olaraq Gürcüstanın Qiymətləndirmə və İmtahanlar üzrə Milli Mərkəzindən məlumat verilib.

Bildirilib ki, onların 1 033-ü milli azlıqlar üçün nəzərdə tutulan “1+4” proqramı üzrə qəbul olunub. Dövlət qrantı əldə edən tələbələrin sayı isə 99 nəfər təşkil edir.

Əvvəlki dərs ili ilə müqayisədə Gürcüstanda tələbə adını qazanan soydaşlarımızın sayı 116 nəfər artıb. Universitetlərə qəbul olunan erməni abituriyentlərin sayı (296 nəfər) isə azərbaycanlılarla müqayisədə 3,6 dəfə azdır.

Azərbaycanlı tələbələrin böyük əksəriyyəti Gürcüstan Texniki Universiteti (338 nəfər), İvane Cavaxişvili adına Tbilisi Dövlət Universiteti (301 nəfər) və İlya Dövlət Universitetində (208 nəfər) təhsil alacaqlar.

Son xəbərlər

Orphus sistemi