Fransada Azərbaycanın Dostları Assosiasiyasının üzvləri Fransa prezidenti Emmanuel Makrona müraciət ünvanlayıblar.
“Report”un yerli bürosu xəbər verir ki, ADA-nın üzvləri Emmanuel Makronun yerli televiziya kanalına müsahibəsi zamanı nümayiş etdirdiyi ermənipərəst mövqeyinə etiraz ediblər.
Azərbaycanın Fransadakı dostları Emmanuel Makronu ikili standartlar siyasəti yürütməkdə günahlandırıblar:
“Sizin üçün çox əziz olan “hamısı eyni vaxtda” təcrübənizi bir daha tətbiq edərək eyni vaxtda hamını sevindirməyə çalışırsınız. Siz Ermənistana dostluq nümayiş etdirir, eyni zamanda Azərbaycanın haqlı olduğunu deyirsiniz”.
ADA-nın üzvləri Emmanuel Makronun dialoqa əsaslanan davamlı sülhün bərqərar olması üçün çalışmaq əzminə şübhə etmədiklərini bildiriblər. Onlar Fransa rəhbərini bəzi ermənipərəst fransızların fanatik çıxışlarına uymamağa çağırırlar:
“Millətimizin və bütün xalqların mənafeyinə xidmət etmək üçün hər zaman beynəlxalq hüququn normaları əsas tutulmalıdır”.