Diaspor Komitəsinin sədri Azərbaycan səfirlikləri və evlərinə qarşı təxribatlara münasibət bildirib

Diaspor Komitəsinin sədri Azərbaycan səfirlikləri və evlərinə qarşı təxribatlara münasibət bildirib "Azərbaycanın xarici ölkələrdəki səfirliklərinə və evlərinə qarşı mütəmadi olaraq təxribatlar baş verir".
Diaspor
27 Sentyabr , 2023 14:36
Diaspor Komitəsinin sədri Azərbaycan səfirlikləri və evlərinə qarşı təxribatlara münasibət bildirib
Fuad Muradov

"Azərbaycanın xarici ölkələrdəki səfirliklərinə və evlərinə qarşı mütəmadi olaraq təxribatlar baş verir".

“Report”un xəbərinə görə, bunu Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, bu cür qanunsuz hərəkətlər həmin ölkələrin və xalqlarının diplomatik korpuslara, nümayəndəliklərə nə qədər məsuliyyətlə yanaşmasından irəli gəlir: "Torontoda Azərbaycan Evi fəaliyyət göstərir. Bu yaxınlarda erməni diasporunun üzvləri ofisin qarşısında etiraz aksiyası keçirmək istədilər. Aksiyaya cəmi 7-8 nəfər qatıldı. Hətta Parisdəki Azərbaycan Mədəniyyət Mərkəzi, həmçinin səfirliyimizin qarşısında keçirilən aksiyalarda da eyni hal yaşandı. Polis də onları uzaqlaşdırdı. Ona görə də diaspor fəallarımızı maarifləndirməliyik. Onlar öz vətəndaş hüquqlarından istifadə edərək belə halların qəbuledilməz olduğunu hər yerdə bildirməlidirlər".

Son xəbərlər

Orphus sistemi