Almaniya Azərbaycanlıları Koordinasiya Şurasının təşəbbüsü ilə bu dəqiqələrdə Ermənistanın Berlindəki səfirliyinin binası qarşısında Almaniya paytaxtında yaşayan azərbaycanlıların genişmiqyaslı etiraz aksiyası keçirilir.
"Report" xəbər verir ki, şəhərin hakimiyyət orqanları ilə razılaşdırılmış aksiyada 500-ə yaxın soydaşımız iştirak edir.
Mitinqdə Vətənin səsinə hər dəqiqə cavab verməyə və Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin hər bir əmrini yerinə yetirməyə hazır olan həqiqi Azərbaycan vətənpərvərləri toplaşıblar.
Bu dəqiqələrdə Ermənistan səfirliyinin qarşısında baş verənləri təsvir etmək çətindir! Mitinq iştirakçılarının söylədiyi “Qarabağ Azərbaycandır!”, “Azərbaycan, biz səninləyik!”, “Ya Qarabağ, ya ölüm!”, “Qarabağ bizimdir, bizim olacaq!” şüarları yeri-göyü lərzəyə gətirir! Vətənpərvərlik hissləri qəlbimizi qürurla doldurur. Ermənistanın Berlindəki səfirliyi bu şüarların əks-sədasından silkələnir! Qoy pərdə arxasında gizlənmiş bədbəxt diplomatlar bu səsi eşitsinlər, qoy onlar satqın nasist Nikol Vardanovıç Paşinyanın meydandan baş nazir kürsüsünə hoppanmış nəvəsinə məruzə etsinlər: illər keçdikcə azərbaycanlılar, sizin ümidlərinizə rəğmən, Qarabağı nəinki unutmayıblar, hətta Vətənin azad edilməsi uğrunda canlarından belə keçməyə daha böyük əzmlə hazırdırlar!
Aksiya Azərbaycan diaspor təşkilatları rəhbərlərinin çıxışı ilə davam edir.