Azərbaycan icması Mayamidə Novruz bayramını qeyd edib

Azərbaycan icması Mayamidə Novruz bayramını qeyd edib ABŞ-ın Florida ştatının Mayami şəhərində Azərbaycan icmasının Novruz bayramına həsr olunmuş tədbiri keçirilib.
Diaspor
22 Mart , 2023 20:02
Azərbaycan icması Mayamidə Novruz bayramını qeyd edib

ABŞ-ın Florida ştatının Mayami şəhərində Azərbaycan icmasının Novruz bayramına həsr olunmuş tədbiri keçirilib.

Bu barədə "Report" Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib.

Florida Azərbaycanlıları Cəmiyyətinin mədəniyyət məsələləri üzrə direktoru Təranə Neymətovanın təşkilatçılığı ilə baş tutan tədbirdə soydaşlarımız bir araya gəliblər.

Tədbirdə çıxış edən cəmiyyətin sədri Esmira Bayramova bayram münasibətilə soydaşlarımızı təbrik edib və xoş arzularını bildirib.

Tədbir zamanı milli musiqimiz səsləndirilib, rəqslərimiz ifa edilib, Novruza xas əyləncəli oyunlar keçirilib.

Son xəbərlər

Orphus sistemi