Filippində yaşayan Azərbaycan icması paytaxt Manilada təşkil edilən Beynəlxalq Kulinariya festivalında ölkəmizi uğurla təmsil edib.
"Report" xəbər verir ki, festival çərçivəsində soydaşlarımız tərəfindən yaradılmış Azərbaycan guşəsində adət-ənənələrimizə aid suvenirlər nümayiş etdirilib, milli mətbəximizə aid təamlar qonaqlara təqdim edilib.
Qeyd olunub ki, həmvətənlərimiz ölkəmizin əsrarəngiz təbiəti, qədim tarixi, zəngin mədəniyyəti, musiqisi, mətbəxi, həmçinin turizm potensialı barədə festival iştirakçılarına və qonaqlara ətraflı məlumat veriblər.
Festivalda Azərbaycan xalqının dahi bəstəkarı, müasir Azərbaycan peşəkar musiqi sənətinin banisi Üzeyir Hacıbəyovun “Cəngi” əsəri səsləndirilib. Festival iştirakçıları Azərbaycan musiqisini heyranlıqla dinləyiblər.