"Beynəlxalq Bakı-Şuşa forumunun çox böyük əhəmiyyəti var".
"Report" xəbər verir ki, bunu Türkiyə Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin Xaricdə yaşayan Türklər və Əqrəba İcmaları Baş İdarəsinin sədri Abdullah Eren jurnalistlərə açıqlamasında bildirib.
O, 30 illik işğaldan azad olunan Qarabağda Azərbaycanın apardığı yenidənqurma işlərinə də diqqət çəkib:
“44 günlük İkinci Qarabağ müharibəsində Azərbaycan və Türkiyə diaspor qurumları çox yaxın əməkdaşlıq etdi. Biz Azərbaycanın bu haqlı mübarizəsində dəstək olduq. Türk dövlətləri təşkilatına üzv dövlətlər arasında diaspora əməkdaşlığını qüvvətləndirmək istəyirik. Azərbaycan və Türkiyə diasporu Türk dövlətləri təşkilatı içərisində qabaqcıl yerə sahibdir. Bakı-Şuşa forumu ilə bu, daha da inkişaf edəcək”.