Mixail Zabelin: “Azərbaycanda yaşayan ruslar bütün hallarda yaşadıqları ölkənin maraqlarını müdafiə edirlər”

Mixail Zabelin: “Azərbaycanda yaşayan ruslar bütün hallarda yaşadıqları ölkənin maraqlarını müdafiə edirlər” Bakıda Azərbaycan Rus Gəncləri Assosiasiyasının saytının təqdimatı olub
Diaspor
10 Dekabr , 2018 17:28
Mixail Zabelin: “Azərbaycanda yaşayan ruslar bütün hallarda yaşadıqları ölkənin maraqlarını müdafiə edirlər”

Bakı. 10 dekabr. REPORT.AZ/ Bakıda bu gün Azərbaycan Rus Gəncləri Assosiasiyasının www.arma.az saytının təqdimatı keçirilib.

“Report”un məlumatına görə, təqdimat zamanı bildirilib ki, sayt Azərbaycandakı rus və rus dilli gənclərin müasir cəmiyyətə inteqrasiyasının əsasını təşkilinə dəstək verəsək, informasiya mübadiləsi üçün yaxşı bir platforma olacaq, gənclərin planlaşdırılmış tədbirlər barədə əvvəlcədən məlumat almasına imkan yaradacaq. Eyni zamanda istənilən vaxt online sual vermək şansı qazanacaq, təşkilatın rəhbərliyi ilə əlaqə qura biləcəklər. Assosiasiya Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına göstərdikləri maliyyə yardımına görə minnətdarlığını bildirib.

Təqdimatda çıxış edən Milli Məclisin deputatı, Azərbaycanda Rus İcmasının rəhbəri Mixail Zabelin bildirib ki, hazırda ölkədə 17 min rus gənc təhsil alır: “Azərbaycanda yaşayan ruslar bütün hallarda yaşadıqları ölkənin maraqlarını müdafiə edirlər”.

Təqdimatda Assosiyasiya sədri Roman Boriskin, fəallar - Reqina Kovolyova, Nikita Yudin və digərləri iştirak ediblər. 

Son xəbərlər

Orphus sistemi