Zaqatalada Heydər Əliyevin 100 illik yubileyi qeyd olunub

Zaqatalada Heydər Əliyevin 100 illik yubileyi qeyd olunub Zaqatala rayonunda Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi qeyd edilib.
Daxili siyasət
10 May , 2023 18:29
Zaqatalada Heydər Əliyevin 100 illik yubileyi qeyd olunub

Zaqatala rayonunda Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi qeyd olunub.

“Report”un Şimal-qərb bürosunun məlumatına görə, əvvəlcə rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə, Milli Məclisin deputatı Kamilə Əliyeva, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid valideynləri, qazilər, idarə, müəssisə, təşkilatların və rayon ictimaiyyətinin nümayəndələri Heydər Əliyev parkında Ulu Öndərin abidəsini ziyarət edib, önünə gül-çiçək dəstələri düzərək xatirəsinə ehtiramlarını bildiriblər.

Sonra Heydər Əliyev Mərkəzində Ümummilli Liderin yubileyinə həsr olunan konfrans keçirilib.

İcra başçısı M.Əhmədzadə Ulu Öndər H.Əliyevin həyatı, siyasi fəaliyyəti ilə bağlı məruzə söyləyib.

Sonda Ulu Öndərin həyatını əks etdirən sənədli film nümayiş olunub.

Son xəbərlər

Orphus sistemi