Yeni qanuna iqtisadi və mədəniyyət diplomatiyası anlayışlarının daxil edilməsi təklif olunub

Yeni qanuna iqtisadi və mədəniyyət diplomatiyası anlayışlarının daxil edilməsi təklif olunub “Diplomatik xidmət haqqında” yeni qanun layihəsinə iqtisadi diplomatiya və mədəniyyət diplomatiyası anlayışlarının daxil edilməsi təklif olunub.
Daxili siyasət
9 Dekabr , 2024 14:45
Yeni qanuna iqtisadi və mədəniyyət diplomatiyası anlayışlarının daxil edilməsi təklif olunub
Fariz İsmayılzadə

“Diplomatik xidmət haqqında” yeni qanun layihəsinə iqtisadi və mədəniyyət diplomatiyası anlayışlarının daxil edilməsi təklif olunub.

“Report” xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Fariz İsmayılzadə parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında “Diplomatik xidmət haqqında” yeni qanun layihəsinin müzakirəsində danışıb.

O “Fəxri konsulluq” institutundan Azərbaycanda az istifadə olunduğunu, bu təcrübənin genişləndirilməsinin vacibliyini qeyd edib:

“Bununla bərabər, diplomatların sosial şəbəkə fəaliyyəti, onun qaydaları haqqında tənzimləmə qanun layihəsində əks oluna bilər.

Həmçinin dünya təcrübəsinə əsasən, bir ailənin iki üzvü diplomatdırsa, onların diplomatik vakansiyalarının təmin olunmasında prioritetlər müəyyənləşir.

Bizdə hazırlanan yeni qanun layihəsinə bununla bağlı da müddəa salınmasını uyğun hesab edirəm”.

Son xəbərlər

Orphus sistemi