Növbəti köç karvanı Xocavənd kəndinə çatıb, açarlar təqdim edilib - YENİLƏNİB-2
- 30 aprel, 2026
- 13:45
Xocavənd rayonunun eyniadlı kəndinə yola salınan növbəti köç karvanı məntəqəyə çatıb, sakinlərə açarlar təqdim edilib.
"Report"un Xocavəndə ezam olunan əməkdaşı xəbər verir ki, kəndə köçürülən ailələr müasir tələblərə cavab verən evlərdə məskunlaşıblar.
Xocavənd rayonunun eyniadlı kəndinə yola salınan növbəti köç karvanı məntəqəyə çatıb.
"Report"un Xocavəndə ezam olunan əməkdaşı xəbər verir ki, ailələri Prezidentin Ağdam, Füzuli və Xocavənd rayonlarında xüsusi nümayəndəliyi, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin əməkdaşları qarşılayıblar.
Kəndə köçürülən ailələr ANAMA əməkdaşları tərəfindən mina təhlükəsizliyi qaydaları haqqında məlumatlandırılıb.
Qeyd edək ki, bu mərhələdə Xocavənd kəndinə 32 ailənin (135 nəfər) qayıdışı təmin edilib.
Xocavənd rayonunun eyniadlı kəndinə növbəti köç karvanı yola salınıb.
"Report"un Füzuliyə ezam olunan əməkdaşı xəbər verir ki, bu mərhələdə Xocavənd kəndinə 32 ailənin (135 nəfər) qayıdışı təmin edilib.
Qeyd edək ki, bununla da Xocavənd kəndinə köçürülən ailələrin sayı 66-ya (277 nəfər) çatıb.