WUF13 çərçivəsində qonaqların Qarabağa səfəri nəzərdə tutulub
Daxili siyasət
- 14 mart, 2026
- 11:30
Ümumdünya Dünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində qonaqların Qarabağa, Şərqi Zəngəzura səfəri nəzərdə tutulub.
Bunu "Report"un sualına cavab olaraq Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev deyib.
Onun sözlərinə görə, Ümumdünya Dünya Şəhərsalma Forumunun əsas məkanı Bakıdır və Qarabağda hər hansı hissəsinin keçirilməsi nəzərdə tutulmayıb:
"Lakin forum çərçivəsində bütün iştirakçıların Qarabağa, Şərqi Zəngəzura səfər etmək imkanı yaradılacaq. Forum çərçivəsində, sözsüz ki, bir çox tədbirlər, sessiyalar işğal nəticəsində dağılmış ərazilərin yenidən qurulması ilə bağlı məlumatın dünya ictimaiyyətinə çatdırılmasına və bunun üçün Azərbaycan hökumətinin gördüyü iş barədə məlumatın bölüşdürülməsinə həsr olunacaq".
Son xəbərlər
03:02
"Reuters": İrandakı müharibə ABŞ-ni Aİ tərəfdaşlarına silah tədarükünü gecikdirməyə məcbur edir
Digər ölkələr02:44
Türkiyə Avstraliya vətəndaşları üçün viza rejimini sadələşdirib
Region02:22
İsrail ordusu Livanda 10 günlük atəşkəsin başladığını təsdiqləyib
Digər ölkələr01:44
İƏT Livan və İsraili atəşkəs razılaşmasına riayət etməyə çağırıb
Digər ölkələr01:09
UEFA Konfrans Liqası: 1/4 final mərhələsinin cavab qarşılaşmaları keçirilib
Futbol00:58
UEFA Avropa Liqasında yarımfinalçılar bəlli olub
Futbol00:57
İsrail-Livan danışıqlarında irəliləyiş olsa, atəşkəs uzadıla bilər
Digər ölkələr00:33
Fidan Antalyada Pakistanın Baş naziri ilə görüşüb
Region00:20