Valeri Belski: “Azərbaycanda seçkilərin yüksək səviyyədə təşkili müşahidəçilərdə dərin təəssürat yaradıb”

Valeri Belski: “Azərbaycanda seçkilərin yüksək səviyyədə təşkili müşahidəçilərdə dərin təəssürat yaradıb” Azərbaycanda seçkilərin yüksək səviyyədə təşkili beynəlxalq müşahidəçilərdə dərin təəssürat yaradıb.
Daxili siyasət
8 Fevral , 2024 12:58
Valeri Belski: “Azərbaycanda seçkilərin yüksək səviyyədə təşkili müşahidəçilərdə dərin təəssürat yaradıb”

Azərbaycanda seçkilərin yüksək səviyyədə təşkili beynəlxalq müşahidəçilərdə dərin təəssürat yaradıb.

“Report” xəbər verir ki, bunu beynəlxalq müşahidəçi, Belarus Parlamenti Respublika Şurasının sədr müavini Valeri Belski Azərbaycanda seçkilərin monitorinqinin nəticələrinə dair mətbuat konfransında bildirib.

O qeyd edib ki, Prezident İlham Əliyevin növbədənkənar seçkilərdə inamlı qələbəsi ölkə rəhbərliyinin siyasi kursuna ictimai etimadın yüksək səviyyədə olmasından xəbər verir.

V.Belski Azərbaycanı mötəbər BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibi seçilməsi münasibətilə də təbrik edib.

Qeyd edək ki, fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçirilib. Mərkəzi Seçki Komissiyasının (MSK) son açıqlamasına görə, məntəqələrdən bülletenlərin 93,3 faizinin nəticəsi təqdim edilib. Azərbaycanın hazırkı Prezidenti İlham Əliyev səslərin 92,05% faizini qazanmaqla növbədənkənar prezident seçkilərində liderlik edir.

Son xəbərlər

Orphus sistemi