“Qoşulmama Hərəkatına (QH) Azərbaycanın sədrlik müddətinin uzadılması Azərbaycan Prezidenti İlham Əliyevə və Azərbaycana inamın növbəti təzahürüdür”.
“Report”un xəbərinə görə, bunu Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı Konfransında Türk Dövlətlərinin Parlament Assambleyasının (TürkPA) Baş katibi Mehmet Süreyya Er deyib.
Onun sözlərinə görə, dünyada sülhə və əməkdaşlığa nail olunmasında parlamentlərarası əlaqələr və parlament təşkilatları mühüm rol oynayırlar: “TürkPA-nın fəaliyyətində model qanunvericiliyini xüsusi qeyd etmək istəyərdim. Parlamentlərarası əməkdaşlıq ortaq hədəflərə nail olmaqda mühüm əhəmiyyət kəsb edir. TürkPA digər beynəlxalq təşkilatlarla əməkdaşlığa hazırdır. Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinə gələcək fəaliyyətində uğurlar diləyirəm”.